Bakı metrosu üçün sifariş edilən iki yeni qatar paytaxta çatdırılıb
02.10.2024 [13:22]
Xəbərin mətni
Yaxın 3 il ərzində “Bakı metropoliteni” QSC-də 65 yeni nəsil vaqon və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq.
AZƏRTAC xəbər verir ki, bu qatarlardan 7-si və yaxud 35 vaqon cari il ərzində Bakıya gətirilməlidir.
“81-765 Б/766 Б” seriyalı 7 qatardan 2-si artıq Bakıya çatdırılıb. Yeni qatarlar innovasiyalar baxımından sonuncu - 4-cü nəslə mənsub texnologiyalar əsasında istehsal olunub. Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı “Bakı Metropoliteni” QSC-nin texniki şərtləri əsasında həyata keçirilir. Texniki şərtlərdə qatarların idarəetməsi, texnoloji təchizatı və sərnişin rahatlığını təmin edən sistem və avadanlıqlar quraşdırılır.