Azərbaycan Dövlət İnformasiya Agentliyi

Salyan şosesində təmir işləri başa çatıb

02.10.2024 [14:55]

Xəbərin mətni

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri sözügedən şosenin Bibiheybət şosesindən Lökbatan dairəsinədək olan 5,33 kilometr uzunluğa malik, ortalama eni 28 metr təşkil edən hissəsində icra olunub.
Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. İcra olunan təmir işləri ilə bu problem artıq aradan qaldırılıb.

Bölmənin digər videoları