“ANAMA-nın əməkdaşları işlərinin öhdəsindən layiqincə gəlirlər” - həyatın yenidən başladığı Füzuli şəhərindən REPORTAJ
03.10.2024 [16:34]
Xəbərin mətni
Otuzillik erməni işğalı zamanı dağıdılan Füzuli şəhəri Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra yenidən qurulur. Tikinti işlərinin həyata keçirilməsi, infrastrukturun qurulması, kommunikasiyaların çəkilməsi üçün ilk iş məhz ərazilərin minalardan təmizlənməsi idi. Bu məqsədlə ANAMA tərəfindən böyük işlər görülür, ərazilər minalardan, partlamamış silah-sursatlardan təmizlənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azad olunan ərazilərdə həyatın yenidən başladığı yerlərdən biri də Füzuli şəhəridir.