Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yeni layihə: Evlərə istilik verilməsində problem yaşanmayacaq

03.10.2024 [18:39]

Soyuyan havalar artıq payızın gəlişindən xəbər verir. Havaların soyuması binaların istilik məsələsini gündəmə gətirir. Hər kəsə məlumdur ki, köhnə qazanxanalardan verilən istiliklər bəzən evlərin isinməsinə kifayət etmirdi. Bu məqsədlə də "Azəristiliktəchizat" istismar müddəti başa çatmış qazanxanaların yenidən qurulması ilə bağlı layihəyə start verib.