Bir qrup tələbənin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib
04.10.2024 [11:42]
Xəbərin mətni
Bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış məcburi köçkün gənclərdən bir qrupunun işğaldan azad edilmiş Xocalı, Şuşa, Laçın rayonlarına məlumat turu təşkil olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq apardığı məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində gerçəkləşdirilən səfərdə ərazisi işğaldan azad edilmiş bütün rayonlardan olan tələbələr iştirak edib.