Ziyafət Əsgərov: COP29-a ev sahibliyi etməyimiz ölkəmizin qlobal iqlim siyasətində aparıcı rola malik olduğunun göstəricisidir
04.10.2024 [18:10]
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə qlobal töhfə verir. Ölkədə bərpaolunan enerji mənbələri, karbon emissiyasının azaldılması ilə bağlı həyata keçirilən işlər buna əyani misal ola bilər. COP29-a Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim siyasətində aparıcı rola malik olduğunun göstəricisidir.