CƏMİYYƏT


COP29-da kiçik ada dövlətlərinin iştirakına xüsusi önəm verilir

İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişmələrinin mənfi təsirlərinə həssas ölkələr sırasında yer alır. Bu dövlətlərin problemlərini diqqət mərkəzində saxlayan Azərbaycan ev sahibliyi edəcəyi COP29 tədbirində kiçik ada dövlətlərinin nümayəndələrinə xüsusi yer ayırıb. Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29-da iştirakından irəli gələn məsələlərin həlli ilə bağlı verdiyi tapşırıq həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması baxımından beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb.