Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN metronun “İçərişəhər” stansiyasında təlim keçirib

05.10.2024 [12:37]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “İçərişəhər” stansiyasında taktiki-xüsusi təlim keçirilib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə FHN-in “112” qaynar telefon xəttinə metronun “İçərişəhər” stansiyasında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.