Sabah hava əsasən yağmursuz olacaq
05.10.2024 [14:28]
Xəbərin mətni
Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqinin normadan yüksək 765 mm civə sütunu olacağı gözlənilir. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.