Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb

05.10.2024 [16:29]

Xəbərin mətni

Xəzər rayonunun Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimovun oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satdığı məlum olub.