Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayılda təməli qoyulan fabrikdə ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək

06.10.2024 [14:40]

Xəbərin mətni

Prezident İlham Əliyev tərəfindən Cəbrayıl rayonunda təməli qoyulan “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikində ilkin mərhələ üzrə 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov bildirib ki, müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabrikindən ibarət olacaq.