Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

06.10.2024 [14:46]

Xəbərin mətni

Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərinə kömək göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərilmiş Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. FHN-dən AZƏRTAC-a bildirilib ki, əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.