CƏMİYYƏT


İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biridir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məqsəd həmin ərazilərdə yüksək potensiala malik bərpaolunan enerjidən istifadə etməklə o yerləri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Zəngilanda yeni istifadəyə verilən mərkəzlər də görülən işlərin tərkib hissəsidir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilanda yeni istifadəyə verilən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədən ibarətdir.