Kliniki Tibbi Mərkəzin 110-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
07.10.2024 [14:44]
Xəbərin mətni
TƏBİB tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin (KTM) 110 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, deputatlar, tibb müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak edib.
Əsası 1914-cü ildə 8 barakdan ibarət Yoluxucu Xəstəliklər Xəstəxanası kimi qoyulan, hazırda Kliniki Tibbi Mərkəz adı altında fəaliyyət göstərən çoxprofilli xəstəxanada yaradılan müxtəlif şöbələr, icra olunan ağır və nadir əməliyyatlar barədə məlumat verilib.