Tunel, körpü və keçidlərin təmizlənməsi işləri aparılıb
07.10.2024 [15:34]
Xəbərin mətni
Şənbə və bazar günləri paytaxt yollarında hərəkət intensivliyinin azalmasından istifadə edərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri, körpü və piyada keçidlərinin, həmçinin yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılıb.