Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan bərpa olunan enerji sahəsindəki gələcəyini inşa edir

07.10.2024 [18:25]

Bu il COP29-a ev sahibliyi edən Azərbaycan həm də mötəbər tədbirin çağırışlarına uyğun davranır. Ölkə başçısının sadaladığı bu nəhəng layihələr onun dili ilə desək, hamısı realdır. Bütün bu prosesləri icra etməklə Azərbaycan bərpaolunan enerji sahəsindəki gələcəyini inşa etməklə yanaşı yaşıl enerji üzrə “qlobal klubun” üzvünə çevriləcək.