Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beyləqanda avtomobil və motosiklet toqquşub, xəsarət alanlar var

07.10.2024 [22:14]

Xəbərin mətni

Beyləqan rayonu ərazisində minik avtomobili və motosikletin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində xəsarət alan Talıbov Aqşin Namiq oğlu və Vəliyev Rahib Rafiq oğlu Beyləqan rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara təcili təxirə salınmaz tibbi yardım göstərilib və onların səhhətlərinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.