Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib

08.10.2024 [17:33]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatının (TDT) və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində oktyabrın 8-də TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib. Tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Türk Dövlətləri Təşkilatının fəaliyyətini əks etdirən, həmçinin Şuşa şəhərinə həsr edilən videoçarxlar nümayiş olunub.