TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında Birgə Bəyannamə qəbul edilib
08.10.2024 [18:11]
Xəbərin mətni
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında yekun sənəd - Birgə Bəyannamə qəbul olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənəddə TDT-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planının təsdiqi, habelə vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi kimi məsələlər öz əksini tapıb.