Kimlərə 6 min manat müavinət veriləcək?
09.10.2024 [16:19]
Vətəndaşlar arasında həssas qruplara qayğı və dəstək hər zaman dövlətin diqqət mərkəzindədir. Dövlətin həssas qrupdan olan vətəndaşlara növbəti dəstək tədbiri isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunan şəxslərlə bağlıdır. Belə ki, qanuna təklif olunan yeni dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunan vətəndaşlara ilk dəfə işə düzələn zaman verilən birdəfəlik müavinətin məbləği artırılacaq. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə mövcud qanunvericiliyə görə həmin şəxslərə ilk dəfə işə düzələn zaman verilən müavinətin məbləği orta aylıq əmək haqqına əsasın təyin olunurdu və bu məbləğ təxminən 5300 manata yaxın idi.