AYNA: 2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla olacaq
09.10.2024 [18:10]
Xəbərin mətni
2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla, qalan hissəsi ictimai nəqliyyat və mikromobilliklə ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, məqsəd 300 milyon səfəri fərdi nəqliyyatdan ictimai nəqliyyata keçirməkdir.