Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident təqaüdü alan tələbələr sevinclərini bölüşüblər

09.10.2024 [18:44]

Bu il Ali təhsil müəssələrinə ən yüksək balla qəbul olan şəxslər Prezident təqaüdünə layiq görülüb. Bununla bağlı bir neçə gün öncə Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu təqaüd tələbələrin təhsil sahəsindəki uğurlarını qiymətləndirmək və onları daha da motivasiya etmək məqsədi daşıyır. Bu il 102 nəfər bu ada layiq görülüb. Həmsöhbətlərimiz – Bakı Dövlət Universitetinin hüquqşunaslıq ixtisasını seçən gənclər, illərdir bu günün xəyalını qurduqlarını deyirlər.