RƏSMİ


Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Amina Mohammed BMT Baş katibinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı COP çərçivəsində BMT Baş katibini Azərbaycanda məmnuniyyətlə gözlədiyini dedi.