Güclü geomaqnit qasırğası başlayıb
10.10.2024 [17:59]
Bu gündən başlayaraq oktyabrın13-nə qədər güclü geomaqnit qasırğası baş verəcək. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika Kafedrasından məlumat verilib. Kafedranın dosenti Mirnamiq Bəşirovun sözlərinə görə, hazırda baş verən geomaqnit qasırğalar Günəşdə olan aktivliklə bağlıdır. Belə ki, son vaxtlar bu aktivlik əvvəlki illərə nisbətən daha çox artıb.