18 tələbənin zəhərlənməsi ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır
11.10.2024 [16:58]
Qazaxda tələbələrin kütləvi zəhərlənməsi faktı qeydə alınıb. Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsi Qazax Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilib.