Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabunçu rayonunda saxlanılan 2 nəfərdən 7 kq narkotik vasitə aşkarlanıb

11.10.2024 [17:22]

Xəbərin mətni

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 29 yaşlı Emil İskəndərov və 38 yaşlı Fazil Əfəndiyev saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə olan heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri paytaxt ərazisində təyin olunan ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.