Azərbaycan Dövlət İnformasiya Agentliyi

Araik Arutyunyanın, Davit Babayanın və digərlərinin həbs müddəti uzadılıb

11.10.2024 [17:55]

Xəbərin mətni

Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi Rayon Məhkəməsində baxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti daxil olmuş sorğulara cavab olaraq bildirib.