CƏMİYYƏT
Qubada minik avtomobilləri toqquşub, ölən var
12.10.2024 [17:33]
Xəbərin mətni
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 12-də Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində "VAZ-2104" və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ 2104"-ün sürücüsü 62 yaşlı Rüstəm Mustafayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.