CƏMİYYƏT
Haqq yolunda qələbəyə doğru addımlayırdıq
13.10.2024 [15:32]
Haqq savaşımızın 17-ci günü böyük addımlarla qələbəyə doğru gedirdik. Qarşımızda bir məqsəd var, yalnız qələbə. Rəşadətli ordumuz bütün gücünü səfərbər edib 30 illik həsrətə son qoyurdu. Torpaqlarımız qarış-qarış əzəli sahiblərinə geri qayıdırdı. Lakin Erməni silahlı birləşmələri yenə bizi təccübləndirmir, təcavüzkar davranışlarını nümayiş etdirirdilər. 13 oktyabr düşmənin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından atəşə tutması nəticəsində Ağcabədi və Tərtər rayonlarında bir sıra evlərə ziyan dəydi.