“ADA Universitetinin yeni Şəki kampusunun dizaynı” üzrə sertifikatlaşdırılmış təlim proqramına yekun vurulub
14.10.2024 [17:37]
Xəbərin mətni
Oktyabrın 14-də ADA Universitetində Milan Politexnik Universitetinin nümayəndə heyətinin səfəri çərçivəsində “ADA Universiteti Dizayn və memarlıq fakültəsinin ilk ilinin nəticələri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans, eyni zamanda, Milan Politexnik Universitetinin dəstəyi ilə təşkil olunmuş “ADA Universitetinin yeni Şəki kampusunun dizaynı” üzrə sertifikatlaşdırılmış praktiki təlim proqramının yekun mərasiminə təsadüf edib.