Universitetlərdə tədris olunan bəzi fənnlər proqramdan çıxarıla bilər
14.10.2024 [17:54]
Hazırda ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində ixtisasa aid olan fənnlərlə yanaşı, qeyri-ixtisas fənnləri də tədris olunur. Bəzən 1 və ya 2 semestr tədris olunan bu fənnlərin əksər hissəsinin tələbənin təhsil aldığı ixtisasla heç bir əlaqəsi olmur. Elm və Təhsil naziri Emin Əmrullayev də Təhsilin İnkişafı Forumunda panel sessiyada çıxışı zamanı universitetlərdə tədris proqamının yenilənməsinə ehiyac olduğunu vurğulayıb.