Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Benin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

14.10.2024 [20:33]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli gündəliyimizin genişləndirilməsinin zəruriliyini qeyd edərək Azərbaycanın Afrika qitəsində fəal iş apardığını, Afrika İttifaqında səfirliyimizin fəaliyyət göstərdiyini, bu təşkilatla əlaqələrimizi hərtərəfli şəkildə genişləndirməkdə maraqlı olduğumuzu dedi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI