RƏSMİ


Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı indiyədək əməkdaşlığımızla bağlı bir o qədər də işlər görülmədiyini deyərək, potensial sahələrdə, o cümlədən ticarət sahəsində əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğuladı.