Beynəlxalq maliyyə qurumlarının Azərbaycana marağı artır
15.10.2024 [15:16]
COP29 tədbiri dünyanı narahat edən ekoloji problemlərin müzakirə olunduğu platforma olacaq, amma eyni zamanda bu tədbiri yüksək səviyyədə təşkil edən Azərbaycan üçün də bir sıra iqtisadi üstünlüklər yaradacaq. Məlumdur ki, hazırda dünyada bərpa olunan enerji keçidi baş verir. Azərbaycan da zəngin yaşıl enerji mənbələrinə malik ölkə kimi bu keçidi dəstəkləyir. Ekspertlər bildirir ki, ölkəmiz COP 29-a ev sahibliyi etməklə iqtisadi dividentlər qazanacaq, yaşıl enerji potensialından daha səmərəli istifadə edə biləcək.