Ələt–Astara–İran magistral avtomobil yolunun 26 kilometrlik hissəsi yenidən qurulub
15.10.2024 [16:51]
Xəbərin mətni
Ələt–Astara–İran ilə dövlət sərhədi avtomobil yolunun 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə əsaslı təmir işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolun eni 12 metrə qədər genişləndirilib.