Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib
15.10.2024 [17:53]
Xəbərin mətni
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir. Agentlik Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası keçirib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 24 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 253 vakansiya təqdim olunub.