Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

15.10.2024 [18:43]

Xəbərin mətni

Bu gün Bakıda Xəzər İnşaat Həftəsi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına müraciəti oxunub.
Qeyd edək ki, Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də bu tədbirlərlə yanaşı 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaq.

Bölmənin digər videoları