Xaçmazda mikroavtobus dərəyə aşıb
16.10.2024 [10:51]
Xəbərin mətni
Gəndob-Yalama yolunda “Hyundai” markalı mikroavtobus dərəyə aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb, sürücü isə xəsarət almayıb. İlkin ehtimala görə, qəza sürücünün sərt döngədə idarəetməni itirməsi nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.