Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dönərdən zəhərlənmələr niyə artıb?

16.10.2024 [17:44]

Tez hazırlanır, dadı yaxşıdır, ac olanda və tələsəndə sərfəli yemək olaraq köməyimizə çatır. Bəli, söhbət bir çox insanların gündəlik həyatında yediyi dönərdən gedir. Ancaq son zamanlar dadı yaxşı olan bu dönərlərin keyfiyyəti heç də yaxşı olmur. Təsadüfi deyil ki, son 1 həftə ərzində 2 dəfə müxtəlif bölgələrdə dönərdən kütləvi zəhərlənmələr baş verir. Sonuncu dönərdən olduğu ehtimal edilən qida zəhərlənməsi isə Tovuz rayonun Qovlar şəhərində baş verib. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Qurumdan bildirilib ki, hadisənin baş verdiyi ehtimal olunan rayonun Vağzal küçəsində fəaliyyət göstərən "Köz dönər" ictimai iaşə müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.