Amin Məmmədov: Ermənistan tərəfindən sərhəddə iri metallurgiya zavodunun inşası Espo Konvensiyasının pozulması idi
16.10.2024 [19:06]
Xəbərin mətni
Ermənistan Azərbaycanın Naxçıvanla həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşırdı. Bu da “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası”nın (Espo) kobud şəkildə pozulması demək idi. Lakin Azərbaycan tərəfinin etirazından sonra bu iş dayandırıldı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə söyləyib.