Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çoxmərtəbəli binanın eyvanından yıxılan uşaq sağ qalıb

16.10.2024 [19:15]

Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və on gün komatoz vəziyyətdə (koma) qalan azyaşlının həyatı həkimlər tərəfindən xilas edilib. 2013-cü il təvəllüdlü azyaşlının hazırda vəziyyəti stabil qiymətləndirilir. Onun müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilir.