ADA Universiteti, ADA Universiteti Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır
16.10.2024 [19:55]
Xəbərin mətni
ADA Universiteti, ADA Universiteti Fondu (ADAF) və “Referans Medical Group” birgə layihəyə başlayır. Universitetdən AZƏRTAC-a bildirilib ki, bununla bağlı ADA Universitetində hər iki qurumun əməkdaşlarının, müəllim və tələbələrin iştirakı ilə tədbir baş tutub. Çıxış edən ADAF-ın Sponsorluq layihələri şöbəsinin rəhbəri Firuzə İsmayıl Əliyeva və “Referans Medical Group”un əməkdaşı Aytac Kərimli gənclərin ictimai səhiyyə üzrə bilik və təcrübə qazanmalarının vacibliyindən bəhs ediblər. Əlavə edilib ki, ADA Universitetinin təşəbbüsü nəticəsində irəli sürülən bu layihə çərçivəsində gənclərin sözügedən sahədə erkən əmək fəaliyyətinə başlamalarına dəstək göstəriləcək.