FHN: Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
17.10.2024 [10:32]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq köməksiz vəziyyətdə qalmış 2022-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.