Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ata-anasız qalan uşaqlar, övladını itirən valideynlər – erməni terroru

17.10.2024 [14:15]

Xəbərin mətni

2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə, mülki əhalinin sıx yaşadığı məhəlləyə - Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə SCUD/Elbrus ballistik raketi ilə hücum etdi. Nəticədə 15 dinc sakin həlak oldu, 55-dən çox insan yaralandı.
Erməni terrorunun qurbanları arasında Şahnazarovlar ailəsi də var. Ailənin yeganə yadigarı isə 7 yaşlı, hələ baş verənləri dərk etməyən balaca Xədicədir. O, ermənilərin dinc əhalini hədəf alan raket hücumları zamanı atası Röyal Şahnazarovu, anası Züleyxa Şahnazarovanı və kiçik bacısı Mədinə Şahnazarovanı itirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI