Azadlığının 4-cü ili: Füzulidə nələr dəyişib?
17.10.2024 [18:06]
İlk olaraq yolumuzu 30 ildən çox işğal zamanı daşı daş üstündə qalmamış küçələrdən, məhəllələrdən saldıq. Küçə, məhəllə deyirik, amma burda bizi yalnız xarabalıqlar qarşılayır. Bu evlərdə çox arzular yarım qaldı. Ermənilər azərbaycanlıların izini silməyə çalışsa da , bu mümkün olmayıb. Baxın burada yazır, Füzuli bulağı. Bu əraziləri gəzdikcə, çox belə, bulaqlar, qədimi hamamlar, ovdanlar tapmaq mümkündür.