Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusunda yeni bölmələr yaradılıb

17.10.2024 [18:19]

Azərbaycan Ordusunda yeni intellektual qabiliyyətli bölmələr yaradılıb. Təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir. Belə ki, bütün ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanından 600-dən çox bal toplayan tələbələr ali təhsili bitirdikdən sonra gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər. Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, orduda intelllektual bölmələr qonşu ölkələrdə xeyli müddətdir tətbiq olunur və gənclər üçün böyük faydaları var.