Tovuzda ana və oğlu dəm qazından zəhərlənib
18.10.2024 [10:26]
Xəbərin mətni
Tovuzun Abulbəyli kəndində dəm qazından zəhərlənmə hadisəsi olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Ülviyyə İsmayılova və 13 yaşlı oğlu zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ana və oğlunun evdə dəm qazından zəhərləndiyi bildirilir.