Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib
18.10.2024 [15:37]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib. Fləşmobda doğma yurda qayıdan və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün həmvətənlərimiz iştirak ediblər.
Fləşmob haqqında hazırlanmış videoçarxda dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərlərindən, həmin ərazilərdə salınmış yaşayış məntəqələrindən, həmçinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdən kadrlar verilib və Xalq şairi Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeiri müəllifin öz səsi ilə səsləndirilib.