Şəhid media mənsubları ilə bağlı videoçarx hazırlanıb
18.10.2024 [17:30]
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin “Şəhid imza” layihəsi çərçivəsində videoçarx hazırlanıb. Videoçarxda Birinci və İkinci Qarabağ savaşlarında şəhid olan jurnalistlər və ümumilikdə həlak olan media mənsublarının tam siyahısı əksini tapıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi ümumi siyahıya əlçatanlığının təmin olunmasıdır.
Birliyin sədri, telejurnalist, Baku Tv-nin məsul redaktoru Günel Gözəlova qeyd edib: “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi olaraq bu sahədə bir ilkə imza atmışıq. Videoçarxda Birinci və İkinci Qarabağ müharibələrində həlak olan 16 media mənsubunun adı yer alıb. Süjet xətti monoloq janrında olan videoçarxın qəhrəmanı AZƏRTAC-ın müxbiri, şəhid jurnalist Məhərrəm İbrahimovun oğlu 8 yaşlı Toğruldur.