Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda ölümlə nəticələnən qəza baş verib

19.10.2024 [10:58]

Xəbərin mətni

Göyçayda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında, rayonun Ləkçıplaq kəndində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb.